“737 MAX” təyyarələrinin istehsalı tamamilə dayandırılacaq

“737 MAX” təyyarələrinin istehsalı tamamilə dayandırılacaq

"Boeing" şirkəti 2020-ci ilin yanvarından 737 MAX laynerlərinin istehsalını dayandırmaq barədə qərar qəbul edib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu barədə şirkətin yaydığı xəbərdə deyilir.

"Boeing" yanvardan başlayaraq 737 MAX-ın istehsalını dayandırır, çünki sertifikatlaşdırma 2020-ci ildə keçirilmir. İstehsalın azalması diqqəti mövcud təyyarələrin tədarükünə yönəltməyə imkan verir", - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, 737 MAX modelindən olan təyyarələrinin törətdiyi iki avioqəzada ümumilikdə 346 nəfər həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31