Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb

Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb

Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının kontakt rabitə şəbəkəsində nasazlıq yaranıb.

Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, yağışlı hava şəraitinin yaratdığı atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib. Bununla da, Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə dayanmalı olub. Nasazlıq təcili aradan qaldırılıb və qatarlar hazırda qrafikə uyğun hərəkət edir.

"Azərbaycan Dəmir Yolları" yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31