Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir
Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir
4 Noyabr 2019 14:41 NəqliyyatQış mövsümünə keçidlə əlaqədar noyabrın 12-dən Bakı-Gəncə-Bakı sürət elektrik qatarının hərəkət cədvəli dəyişdiriləcək.
Bu barədə "OLAYLAR"- a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, gündüz vaxtının qısalması səbəbindən və sərnişinlərin müraciətlərini nəzərə alaraq, "Azərbaycan Dəmir Yolları" QSC həmin istiqamətdə qatarların qrafikini yeniləyib. 702/701 nömrəli qatar Bakıdan saat 08:45-da yola düşəcək, saat 13:00-da Gəncəyə çatacaq. Gəncədən saat 17:00-da yola düşən qatar isə saat 21:15-də Bakıda olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31