Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti bərpa olunur
Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti bərpa olunur
29 Oktyabr 2019 11:59 Nəqliyyat29 oktyabr 2019-cu il tarixdən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunur. Bu barədə məlumat "OLAYLAR" -a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.
Qeyd edək ki, 26 avqust 2019-cu ildən Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31