“Bentli” Rusiyadan 37 avtomobilini çıxarır

“Bentli” Rusiyadan 37 avtomobilini çıxarır

"Bentli" şirkəti Rusiya bazarlarından 37 ədəd 2019-cu il istehsalı olan "Continental" markalı avtomobilini geri çağırır.

Olaylar.az  xəbər verir ki, bu barədə "Rosstandart" məlumat yayıb.

"Nəqliyyat vasitələrinin geri çağırılmasının səbəbi təcili çağırış cihazlarının istehsalçı spesifikasiyalarına tam uyğun olmamasıdır", - məlumatda bildirilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31