Ferrari 1 000 at qüvvəli modeli təqdim edib
Ferrari 1 000 at qüvvəli modeli təqdim edib
25 Sentyabr 2019 13:55 NəqliyyatFerrari şirkəti Scuderia Ferrari komandasının 90 illik yubileyinə həsr etdiyi SF90 Stradale kupesini təqdim edib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, yeni model Ferrari markasının ilk qoşulan hibridi və kapotunun altında V8 mühərriki olan ilk bayraqdar avtomobilidir.
Bazada yerləşən mühərrikin hasılatı 720-dən 780 at qüvvəsinə, fırlanma anı isə, 770-dən 800 Nm-ə qədər artırılıb.
Elektrik mühərriklərinin umumi hasılatı 220 at qüvvəsidir. Hibrid qurğunun gücü 1000 at qüvvəsi təşkil edir.
Avtomobilin interyeri də Ferrari üçün bir inqilabdır. Burada 16-düymlük virtual cihazlar panelini, işıq və klimat-kontrolun taçpadlarını, həmçinin sükan çarxındakı sensorlu düymələri görmək olar.
Yeni hibrid kupenin satışlarına 2020-ci ilin əvvəlində başlanacaqdır. Qiymətlər elan edilməsə də, yeni modelin Ferrari 812 Superfast modelindən baha olacağı ehtimal edilir. Xatırladaq ki, V12 mühərrikinə sahib olan 812 Superfast modeli 400 min avroya satılır.