Rostov-Bakı aviareysi açılır - TARİX

Rostov-Bakı aviareysi açılır - TARİX

"Azimut" aviaşirkəti dekabr ayından Rostov-Bakı reysi ilə uçuşlar həyata keçirəcək.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

""Azimut" aviaşirkəti dekabr ayının 2-dən etibarən Rostov-Bakı istiqamətində uçuşlara başlayacaq. Uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək", - deyə məlumatda bildirilir.

Xəbər verildiyi kimi, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") "Azimut" aviaşirkətinə Rostov-na Donudan Bakıya uçuşlar həyata keçirmək üçün icazə verib. "Rosaviasiya"nın qərarına əsasən, şirkət həftədə üç dəfə bu istiqamətdə uçuşlar həyata keçirə biləcək.

marja.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31