Bakı- Horadiz qatarının hərəkətində 1 saat 10 dəqiqə ləngimə olub
Bakı- Horadiz qatarının hərəkətində 1 saat 10 dəqiqə ləngimə olub
12 Sentyabr 2019 11:06 NəqliyyatBakı- Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarının hərəkətində 1 saat 10 dəqiqə ləngimə qeydə alınıb. "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən daxil olan məlumata görə, bu gün saat 03:40 radələrində Bakı- Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində hərəkətdə ikən qatarda texniki nasazlıq yaranıb. Nasazlıq aradan qaldırılandan sonra qatar təyinatı üzrə yola salınıb.
Nasazlığın başvermə səbəbləri araşdırılır.
Hadisə nəticəsində qatarın hərəkətində 1 saat 10 dəqiqə ləngimə qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31