“Volkswagen” yeni loqotipini təqdim edib – Foto

11 Sentyabr 2019 14:01 NəqliyyatVolkswagen şirkəti Frankfurtda yerləşən Beynəlxalq avtosalonda özünün yeni loqotipini və üslubunu təqdim edib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, şirkət 3D görüntünü daha düz xətlərlə əvəz edib və əsas elementləri saxlayıb.
Yeni dizaynın tam olaraq başa çatdırılması isə 2020-ci ilin ortalarına nəzərdə tutulub.
Bundan başqa, maşının təqdimatını həyata keçirən reklamları artıq kişilər deyil, qadınlar səsləndirəcək. Bu barədə şirkət özü bildirib.
Qeyd edək ki, Volkswagen 2000-ci ildən bəri ilk dəfədir ki loqotipini dəyişir.
Volkswagen şirkəti Frankfurtda yerləşən Beynəlxalq avtosalonda özünün yeni loqotipini və üslubunu təqdim edib.