“Volkswagen”in bəzi avtomobil modelləri Türkiyədə buraxılacaq

“Volkswagen”in bəzi avtomobil modelləri Türkiyədə buraxılacaq

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" Türkiyəyə yatırım edəcəyinə qərarlı olduğunu vurğulayıb.

Olaylar.az türk mediasına istinadən bildirir ki, şirkətin direktoru Herbert Diess Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə, Manisada qurulması gözlənilən istehsal müəssisəsi ilə bağlı məsələlər müzakirə edilib.

Bu əməkdaşlıqla bağlı rəsmi və ətraflı məlumatın gələn həftə veriləcəyi gözlənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31