Yeganə Porşenin hərracı kiçik səhvə görə baş tutmadı
Yeganə Porşenin hərracı kiçik səhvə görə baş tutmadı
19 Avqust 2019 14:20 NəqliyyatNadir Porşenin 20 milyona satmaq məqsədilə təşkil olunan hərrac auksionçunun səhvinə görə uğursuz nəticələnib.
Olaylar.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Hərracın əvvəlində aparıcı satışın 30 milyon dollardan başlanacağını elan edərək məbləği 70 milyonadək qaldırıb. Bu məbləğ iştirakçıları həyəcanlandırıb, lakin daha sonra auksionçu səhv etdiyini, əslində 13 və 17 milyon dollar demək istədiyini bildirib.
Bu söz zaldakıların narazılığına səbəb olub və bir çoxları zalı tərk edib. Beləliklə, hərrac baş tutmayıb.
Qeyd edək ki, "Porsche 64" Ferdinand Porşenin istifadə etdiyi və günümüzədək saxlanılan yeganə avtomobil modelidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31