Bu marşrutların hərəkət sxemi dəyişir
Bu marşrutların hərəkət sxemi dəyişir
24 İyul 2019 11:34 NəqliyyatSalyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər. Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31