Batumidən geri dönən təyyarə təkrar yola salındı
Bakıdan Batumiyə getməli olan və Bakı vaxtı ilə saat 10:12-də Heydər Əliyev Aeroportuna geri dönən təyyarə, nəhayət, Batumiyə yola salınıb.
Bu barədə "Buta Airways" məlumat yayıb.
Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:38-də Bakıdan Batumiyə yola düşüb.