AZAL Bakıdan Dehliyə ilk birbaşa aviareysi həyata keçirib
AZAL Bakıdan Dehliyə ilk birbaşa aviareysi həyata keçirib
25 İyun 2019 22:27 NəqliyyatAZAL bu gündən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reyslərini həyata keçirir.
Olaylar.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu gün ilk uçuş baş tutub.
AZAL-ın reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri ekonom və biznes sinif konfiqurasiyalı "Boeing-757" təyyarələri ilə həyata keçiriləcək.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31