Bakı ilə İslamabad arasında birbaşa aviareys açılır
Bakı ilə İslamabad arasında birbaşa aviareys açılır
27 May 2019 22:14 NəqliyyatYaxın zamanlarda Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılması gözlənilir.
Muxalifet.az xəbər verir ki, bunu Pakistanın Mülki Aviasiya naziri Qulam Sərvər Xan Azərbaycanın İslamabaddakı səfiri Əli Əlizadə ilə görüşü zamanı deyib.
Görüş zamanı tərəflər aviasiya sahəsində münasibətlərin inkişafı barədə razılıq əldə ediblər.
Qeyd olunub ki, son illərdə Azərbaycana biznes və istirahət üçün gələn pakistanlıların sayında artım müşahidə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31