Sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək

Dekabrın 9-dan sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək 9 dekabr 2018-ci il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2018/2019-cu illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.  Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, yeni hərəkət cədvəlində 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarının tərkibində əlavə olaraq BakıDnepr-Bakı qoşma plaskart vaqonu hərəkət edəcək. Qatarların yeni hərəkət cədvəlləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ady.az saytında yerləşdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31