Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində uzunluğu 107,8 km olan 13 avtomobil yolu layihəsinin icrası həyata keçirilir ki, artıq bu layihələrdən bir-neçəsində işlər yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində uzunluğu 107,8 km olan 13 avtomobil yolu layihəsinin icrası həyata keçirilir ki, artıq bu layihələrdən bir-neçəsində işlər yekunlaşıb. 

Agentlikdən "OLAYLAR"-a bildirilib ki, 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolunun təmiri layihəsi əsasında tam yeni və müasir yol infrastrukturu yaradılıb. Yenidənqurma işləri zamanı bütün hərəkət iştirakçıları nəzərə alınmaqla sürətlə və yüksək keyfiyyətlə işlər aparılıb. Belə ki, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə mövcud eni 7 metr olan yolun hərəkət hissəsinin imkan daxilində 8-9 metrə qədər genişləndirilməsi işləri aparılıb. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün isə yolun yaşayış məntəqələrindən keçən hissələrində ərazilərdən asılı olaraq müxtəlif enlərə malik 16.5 min kv.m sahədə yeni piyada səkiləri tikilib, kənarlarına 11 min paqon-metrdən çox yeni səki daşı düzülüb. Tikinti norma və standartlarına uyğun olaraq bundan sonra yolun asfaltlanması işləri aparılıb. Yola ərazilərdən asılı olaraq 10 min kv.m sahədə düzləndirici asfalt-beton qat döşənib. Daha sonra xırda və iri dənəli olmaqla yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bu işlər 60 min kv.m-ə yaxın sahəni əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31