Kürdəmir stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki,  Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı "İDYM" MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 253 yoldəyişən yenisi ilə əvəz olunub. Hazırda Kürdəmir stansiyasının tək və cüt boğazında 15 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31