Avtomobil Yolları Dövlət Agentliyində 9 ayı yekunları müzakirə edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində cari ilin 9 ayının yekunlarına həsr olunmuş toplantı keçirilib. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, qurumun İdarə Heyyətinin sədri Saleh Məmmədov deyib ki, 2018-ci ilin 9 ayı ərzində  prezident İlham Əliyevin birbaşa dəstəyi, qayğısı nəticəsində respublikanın avtomobil yollarının inkişafı  istiqamətində çox mühüm layihələr həyata keçirilib. O, ölkə başçısının sədrliyi ilə 2018-ci il 10 yanvar tarixində keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, prezident İlham Əliyevin 2018-ci ildə agentlik qarşısında ən azı 600 kəndi birləşdirəcək 2000 km-dən çox avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyduğunu xatırladıb.

Saleh Məmmədov qeyd edib ki, prezidentin tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən uzunluğu 452.1 km olan respublika əhəmiyyətli 12, Bakı şəhəri üzrə  uzunluğu 107,8 km olan 13 və uzunluğu 1534.9 km olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması nəzərdə tutulur. Bu isə 702 yaşayış məntəqəsində yaşayan 2.7 milyon nəfər əhalinin 2050 km uzunluğunda rahat avtomobil yollarından istifadə edilməsinin təmin edilməsi deməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31