Bakı-Batumi avtomobil yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
23 Noyabr 2018 18:08 Nəqliyyat2021-ci ildə beynəlxalq standartlara cavab verən müasir Bakı-Batumi avtomobil yolu istifadəyə veriləcək. "Olaylar"xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Ş.Mustafayev qeyd edib ki, Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun genişləndirilməsi layihəsi də 2021-ci ildə başa çatacaq. Bundan başqa, Gürcüstan Tbilisi-Azərbaycan dövlət sərhədi yolunun tikintisini başa çatdıracaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31