"Bakmil" stansiyasında çətir quraşdırılır
"Bakmil" stansiyasında çətir quraşdırılır “OLAYLAR”-a “Bakı Metropoliteni”in mətbuat xidmətindən bildirilib ki, sərnişinlər və stansiya platforması yağmurdan qorunacaq "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində ən əhəmiyyətli yeniliyin tətbiqinə başlanılır.
22 Noyabr 2018 13:39 Nəqliyyat"Bakmil" stansiyasında çətir quraşdırılır "OLAYLAR"-a "Bakı Metropoliteni"in mətbuat xidmətindən bildirilib ki, sərnişinlər və stansiya platforması yağmurdan qorunacaq "Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində ən əhəmiyyətli yeniliyin tətbiqinə başlanılır. Stansiyanın açıq hava şəraitində yerləşən, atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalan platformanın üzərində çətir quraşdırılır. Bu isə sərnişinləri, eləcə də stansiyanın açıq hava şəraitində yerləşən avadanlıq və qurğularını yağmurun təsirlərindən qoruyacaq. Ümumiyyətlə, metropolitenin 1979-cu ildə istismara verilmiş yeganə yerüstü stansiyasında ötən 40 ilə yaxın müddətdə əsaslı təmir və yenidənqurma işləri ilk dəfə aparılır. Açıq hava şəraitinin kəskin təsirləri nəzərə alınmaqla, uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğular, həmçinin digər infrastruktur təmir edilir, bərpa olunur və müasir tələblər səviyyəsində yenidən qurulur.