Bu yolda rənglənmə işləri aparılacaq
23 Oktyabr 2018 13:46 NəqliyyatAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən "Atletlər kəndi" (Nəqliyyat Agentliyi qarşısında) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliyi yayıb.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31