Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur

Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, avtomobil yolunun 26 km-lik hissəsinin 3.9 km-i Tərtər şəhər ərazisinə düşür. Burda layihəyə uyğun olaraq mövcud asfalt-beton örtük frez maşını ilə profilə salınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Əvəzinə 25 sm hündürlükdə qum-qırmadaş qarışığından əsasın alt layının, 15 sm qalınlıqda optımal-çınqıl qarışığından əsasın üst layının təmiri işləri görülür. Daha sonra bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun 22.1 km-lik hissəsində bəzi ərazilərdə torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdir. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri görülür.

Tərtər-Hindarx avtomobil yolunun 26 km-lik hissəsinin yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər və Hindarx istiqamətinə gediş-gəlişi asanlaşaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılması imkanı yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31