Bu yolda rənglənmə işləri aparılacaq
11 Oktyabr 2018 16:19 NəqliyyatAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliyi yayıb. Bildirilib ki, işlər səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31