Masazır-Novxanı yolunda rənglənmə işləri aparılır
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Abşeron rayonu, Masazır-Novxanı yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
21 İyun 2018 11:57 NəqliyyatAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Abşeron rayonu, Masazır-Novxanı yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31