Beynəlxalq avtovağzalda yeniliklər tətbiq olunacaq
21 İyun 2018 11:53 NəqliyyatBakı Beynəlxalq Avtovağzal Kompleksində əsaslı yenidənqurma işləri aparılacaq. "OLAYLAR" xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova tezliklə əhalinin istifadəsinə veriləcək "Nəqliyyat Qovşağı" layihəsinin əsas detallarının şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzinin yaradılması, vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası olduğuinu deyib.
Bundan başqa layihədə şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların "avtovağzaldan-avtovağzala" prinsipi əsasında hərəkətinin təmin edilməsi, tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili, nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması, heç bir yerüstü piyada zolağından (zebra) istifadə edilməməsi, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsi də nəzərdə tutulub.
Layihəyə əsasən, Lökbatan dairəsinə daxil olmaq üçün avtonəqliyyat vasitələrinin Biləcəri dairəsinə daxil olmasının qarşısının alınaraq, birbaşa Lökbatan dairəsinə girişin təmin edilməsi və Biləcəri dairəsindəki sıxlığın aradan qaldırılması da təmin olunacaq.