Bir neçə küçədə hərəkət məhdudlaşdırılır
6 İyun 2018 11:49 NəqliyyatBakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 10:00-dan axşam saatlarınadək Nərimanov rayonu, Mübariz Nağıyev küçəsində və Ziya Bünyadov prospekti, Dərnəgül, Baksol yolunda üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31