“BakuBus” dünya çempionatı izləyicilərinin xidmətində
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft Meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir.
5 İyun 2018 16:22 Nəqliyyat"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft Meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, vətəndaşlar 5-6 iyun tarixlərində saat 7:00-dan 15:50-dək, 7 iyun tarixində saat 8:00-dan 15:50-dək, 8-9 iyun tarixlərində isə saat 15:00-dan 00:40-dək "BakuBus" avtobuslarından istifadə edə bilərlər.
Azneft Meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edən "BakuBus" avtobuslarından istifadə pulsuzdur
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31