Zaqatala-Balakən-Mazımçay hissəsinin yenidən qurulması davam etdirilir
M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 km) əsaslı təmir olunması ilə bağlı imzaladığı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir.
1 İyun 2018 14:37 NəqliyyatM-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 km) əsaslı təmir olunması ilə bağlı imzaladığı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir.
"OLAYLAR"-a AAYDA-dan bildirilib ki, əsaslı təmir olunan yolun uzunluğu 40 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metr enində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir.
Layihə çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa olunub.
Əsaslı şəkldə təmir olunmuş körpülərdən birincisi Zaqatala şəhərində, Tala çayı üzərində yerləşir. Körpünün uzunluğu 132 metr təşkil edir, eni isə genişləndirilərək 9 m-dən 12 m-ə çatdırılıb. Yol ötürücüsündə əlavə bərkitmə işləri aparılıb, yeni piyada səkiləri inşa olunub və mühəccərlər quraşdırılıb.