Bakı Dairəvi-1 avtomobil yolunda yenidənqurma işləri aparılır
18 May 2018 14:12 NəqliyyatBakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər aparıldığı üçün əsas yolla köməkçi yol arasında yerləşən təhlükəsizlik sədlərinin sökülməsi işləri görülür.
"OLAYLAR"-a AAYDA-dan bildirilib ki, sözügedən işlər axşam saatlarınadək davam etdiriləcək. Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31