“Xırdalan dairəsi”ndə hərəkət məhdudlaşdırılacaq
10 May 2018 16:12 NəqliyyatBakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində "Xırdalan dairəsi"ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq mayın 10-da axşam saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.
"OLAYLAR" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi və Avtomobil Yolları Dövlət Agentliyi birgə məlumat yayıb.
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31