Ziya Bünyadov prospektində hərəkət qismən məhdudlaşdırılacaq
3 May 2018 14:14 NəqliyyatBakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin "Çermet körpüsü"dən "20 Yanvar dairəsi"nədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 3 may 2018-ci il tarixində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Qurumun Bakı Nəqliyyat Agentliyi ilə birgə yaydığı məlumatda bildirilib ki, tam məhdudlaşdırma prospektin həmin hissələrində olankörpü və tunellərdə tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Prospekt bağlı olmayacaq.
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.