Neft qaz

Politoloq: "Ərdoğanın TANAP-la bağlı təşəbbüsünü dəstəkləyirəm"

13 İyun 2018 12:56

“Əskişəhərdə TANAP-ın açılışında iki müəamma diqqətimi çəkdi. Açılışda qonaq qismində Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Serbiya və Ukrayna prezidentlərinin iştirakı anlaşılan idi. Hər iki dövlət gələcəkdə TANAP-la nəql ediləcək Azərbaycan qazını Cənubi Avropa ölkələri üzərindən alacaqlar. Bəs bu vacib mərasimdə Gürcüstan rəsmilərindən niyə bir kimsə iştirak etmirdi? Bunu anlamadım. Boru xətti Gürcüstandan da keçir. Gürcüstan rəsmiləri bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bütün boru və nəqliyyat xətlərinin açlışında iştirak ediblər. Əlbəttə, düşünülə bilər ki, Gürcüstan TANAP üzərindən daşınacaq qazdan almayacaq, ancaq bu layihə Gürcüstanın strateji önəmini artırır. Şübhə etmirəm ki, Gürcüstanın prezidenti Mixail Saakaşvili olsaydı mütləq bugünkü mərasimdə iştirak edərdi”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Tahir Mirkişili: “Azərbaycanın gəliri 100 milyard dolların üzərindədir”

13 İyun 2018 12:45

“TANAP “Cənub Qaz Dəhlizi” layihəsinin əsas dörd elementindən biridir. Hətta uzunluğuna görə də ən böyük hissəsidir. TANAP Türkiyənin şərq sərhəddindən qərb sərhəddinə qədər uzanır”. Bunu millət vəkili Tahir Mirkişili deyib.

Azay Quliyev: "TANAP Azərbaycanın həm iqtisadi gücünü, həm də beynəlxalq nüfuzunu artıracaq"

13 İyun 2018 12:27

"Transanadolu boru kəməri (TANAP) layihəsi Azərbaycanın strateji layihəsidir və bu layihənin açılışı ölkə tarixində böyük bir hadisədir".

Prezident: ""Cənub Qaz Dəhlizi" Avrasiyada yeni əməkdaşlıq formatını təşkil edir"

13 İyun 2018 02:28

""Cənub Qaz Dəhlizi" Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində keçirilən Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

"Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edəcək"

13 İyun 2018 02:25

"Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edəcək."

Ərdoğan: "TANAP-la Avropaya ilk qaz nəqli 2019-cu ilin iyununda başlanacaq"

13 İyun 2018 02:17

Çərşənbə axşamı Türkiyənin Eskişehir şəhərində istismara verilən Trans Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Avropaya ilk qaz tədarükünə 2019-cu ilin iyun ayında başlanacaq. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

ABŞ rəsmisi: “ABŞ TANAP-i dəstəkləyir”

12 İyun 2018 16:52

"ABŞ Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsini dəstəkləyir". Bunu ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk Ankarada jurnalistlərə bildirib.

“TANAP dünyanın ən böyük layihəsinin əsas tərkib hissəsidir”

12 İyun 2018 15:48

“Azərbaycan dünyada az ölkələrdəndir ki, öz ərazisinin uzunluğundan 4 dəfə çox uzunluğu olan layihə həyata keçirir”. Bu sözləri millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Dövlət büdcəsində neftin baza qiyməti 55 dollara qaldırılır

12 İyun 2018 15:13

Azərbaycanın 2018-ci il dəqiqləşdirilmiş dövlət büdcəsinə yenidən baxılacaq.

"Cənub Qaz Dəhlizi Aİ-nin enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətli layihədir"

12 İyun 2018 14:34

"Azərbaycandan Avropa İttifaqına (ai) qaz nəqli üçün yaradılan Cənub Qaz Dəhlizi (CQD) layihəsi Aİ-nin enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətli layihədir". Bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

“TANAP Türkiyə və Azərbaycan arasında dostluğu, qardaşlığı daha da gücləndirəcək önəmli layihədir”

12 İyun 2018 14:32

“TANAP Türkiyə və Azərbaycan arasında tarixi dostluğu, qardaşlığı daha da gücləndirəcək çox önəmli layihədir”.

Millət vəkili: "TANAP və TAP ölkəmiz üçün dünyada artan nüfuz deməkdir”

12 İyun 2018 14:30

“Bu gün TANAP layihəsinin açılışıdır. Bu layihə həm ölkəmiz üçün, həm də Avropaya qədər uzanacaq 3500 km uzunluqda boru xətti keçəcək bütün ölkələr üçün böyük əhəmiyyətə malikdir”. Bunu millət vəkili Azər Badamov deyib.