Qazaxıstan və Almaniya neft tədarükünü artırır – ÖZƏL
7 Oktyabr 2025 09:51 Neft qazQazaxıstan və Almaniya neft tədarükünü artırır.
Olaylar.az xəbər verir ki, Qazaxıstan və Almaniya neft tədarükünü genişləndirmək barədə razılığa gəliblər.
"KazMunayQaz" və Rosneft Deutschland GmbH arasında olan müqavilə 2026-cı ilin sonuna qədər uzadılıb.
Yeni şərtlərə əsasən, aylıq tədarük həcmi 100 min tondan 130 min tona yüksələcək. Neftin mənbəyi Qaraçağanaq yatağıdır.
"KazMunayQaz"ın məlumatına görə, 2024-cü ildə KMG Kashagan B.V. resurslarından, 2025-ci ildə isə "Tengizchevroil" resurslarından neftin göndərilməsinə başlanılıb.
2025-ci ilin doqquz ayı ərzində Qazaxıstan neftinin Şvedt şəhərindəki neft emalı zavoduna tədarükü təxminən 1,5 milyon ton təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31