Keçən ay gündəlik neft hasilatı 620 min barrel olub
19 Sentyabr 2023 12:00 Neft qaz2023-cü ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 620 min barrel olub.
"OLAYLAR"-a Energetika Nazirliyindən bildirilib ki, bunun 498 min barrelini xam neft, 122 min barrelini kondensat təşkil edib.
Qeyd edək ki, "OPEC plus" əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31