May ayında ölkədə gündəlik 500 min barrel xam neft hasil olunub

2023-cü ilin may ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 612 min barrel olub. "OLAYLAR"-a Energetika Nazirliyindən bildirilib ki, bunun 500 min barrelini xam neft, 112 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, "OPEC plus" əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31