Made in Russia qabaqcıl tərtibatları dördüncü dəfə Bakıda keçiriləcək "Caspian Oil & Gas" (Xəzər Neft və Qaz) sərgisində təqdim ediləcək
31 May 2023 11:01 Neft qazRusiyadan olan 39 şirkətin öz texnologiyalarını və tərtibatlarını təqdim edəcəyi "Made in Russia" milli ekspozisiyası artıq dördüncü dəfədir ki, Caspian Oil & Gas beynəlxalq neft və qaz sərgisində açılacaq. Sərgi mayın 31-dən iyunun 2-dək Bakıda keçiriləcək.
1100 kvadrat metrdən çox ərazidə ziyarətçilər neft və qaz sənayesində geniş çeşiddə rus istehsalı olan məhsul və avadanlıqları: qazma qurğuları, quru və şelfdə quyuların istismarı üçün paker-lövbər avadanlıqları və texnologiyaları, neft - mədən avadanlıqları, qazma alətləri və quyuların təmiri üçün avadanlıqlar, boru məhsulları, tənzimləyici və ayırıcı armatur və onun istehsalı, təmiri və sınaqdan keçirilməsi üçün avadanlıqlar, çənlər, metal konstruksiyalar, korroziyadan müdafiə üçün avadanlıqlar, hidravlik avadanlıqlar və alətlər, habelə, quyu və layların diaqnostikası sahəsində xidmətlər görə biləcəklər.
Made in Russia brendi altında yükgötürmə qabiliyyəti 31 tona qədər olan yüksək keçilmə qabiliyyətli yük avtomobilləri, yükgötürmə qabiliyyəti 5 tona qədər olan unikal amfibiya texnikası (hava gəmiləri və qar maşınları), sənaye qaz və buxar turbinləri, kabel- naqil məhsulları və s. təqdim olunacaq.
Made in Russia kollektiv ekspozisiyasının iştirakçıları üçün Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və regionun digər ölkələrindən gəlmiş potensial tərəfdaşlarla 150-dən çox b2b görüşləri təşkil olunacaq.