Neft Fondunun valyuta satışı azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727,0 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Fondun ictimaiyyətlə əlaqələr departamenti yayıb. Bildirilib ki, bu göstərici əvvəlki ayla müqayisədə 262 milyon dollar azdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin dekabr ayı ərzində 989,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31