Benzin qiymətləri ucuzlaşdı

Birjada "Aİ-92" markalı benzinin bir tonunun qiyməti 0,7% azalaraq 764 ABŞ dolları olub.

"Margin.az" xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasının (SPIMEX) məlumatlarında qeyd olunub.

Məlumata görə, "Aİ-95" markalı benzinin bir tonunun qiyməti 0,8% ucuzlaşaraq 810 ABŞ dolları təşkil edib. Dizel yanacağının qiyməti isə 0.8% ucuzlaşaraq bir ton üçün 678 ABŞ dolları olub.

Bundan əlavə, mayeləşdirilmiş qazın qiyməti 1,7% ucuzlaşaraq 658 ABŞ dolları təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31