Qeyri neft sektorunun İXRACI ARTIR
6 Sentyabr 2021 12:46 Neft qazAzərbaycanda qeyri-neft sektorunun ixracı artır. "OLAYLAR" xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov facebook sosial şəbəkəsində paylaşıb. Nazir bildirib ki, cari ilin 8 ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 mlrd. ABŞ dollarından çox olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. Iqtisadiyyat naziri qeyd edib ki, 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 mlrd. ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31