Neft hasilatı sazişində yeni müzakirələr planlaşdırlır
İyul ayından etibarən, uzun müzakirələrdən sonra, OPEC+ ölkələri hasilata qoyulan məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər.
31 Avqust 2021 19:37 Neft qazİyul ayından etibarən, uzun müzakirələrdən sonra, OPEC+ ölkələri hasilata qoyulan məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər.
Olaylar.az TASS-a istinadən xəbər verir ki,Qazaxıstan OPEC+ daxilində artıq görülən tədbirləri neft bazarının sabitləşməsi üçün yetərli hesab edib. Bununla belə, sentyabrın 1-i razılaşmanın tənzimlənməsi üçün "müəyyən məqamları" müzakirə etməyi planlaşdırıblar, lakin bu qərar kollektiv şəkildə qəbul edilməlidir.
"Bu günə qədər götürdüyümüz bütün öhdəliklər tələb və təklifi balanslaşdırmağa imkan verir. Ancaq eyni zamanda sabah keçiriləcək iclasda OPEC+ dair müəyyən məqamları müzakirə etməyi planlaşdırırıq. OPEC+ neft hasilatı sazişinin qanunlarının dəyişdirilməsi mövzusu zəruri olmalı, kollektiv olaraq nəzərdən keçirilməlidir" .- deyə bildirib.