Baydenin açıqlaması neftin qiymətini artırdı

"ABŞ Prezidenti Co Baydenin enerji gündəliyi neftin dünya bazar qiymətlərini yenidən yüksəldib. Belə ki, 2 gün öncə Ağ Evin yeni vergi paketi ilə bağlı açıqlaması neftin dünya bazar qiymətlərini azaltmışdı. 9 maddəli Təmiz Enerji İnqilabı adlandırılan bu planın icrası ABŞ-da neft hasilatının azalmasına gətirib çıxara bilər ki, bu da bazar təsirsiz ötüşmədi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bununla belə, neft bazarında volatillik hələ də səngiməyib: "Eyni zamanda, hələlik bazarda qiymətlərin stabilliyinə zəmin yaradacaq faktorlar hələlik tam formalaşmayıb. Vaksinasiyanın qlobal genişlənməsinə baxmayaraq hələ də pandemiyanın nə zaman sonlanacağı bəlli deyil. Bu isə o deməkdir ki, hələlik strateji bazarlara pandemiya ən çox təsir göstərən faktor olaraq qalmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31