TANAP-la Türkiyəyə indiyə qədər 8.4 mlrd. kubmetr qaz göndərilib
14 Yanvar 2021 15:02 Neft qazBu günə qədər TANAP vasitəsilə Türkiyəyə indiyə qədər 8.4 mlrd. kubmetr qaz göndərilib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında deyib.
O bildirib ki, hazırda qazın ucuz qiymətləri ilə əlaqədar TANAP-ın buraxılış gücünün genişləndirilməsi aktual deyil:
"Amma indi əlavə kompressor stansiyaları üçün yerlər seçilib. Buraxılış gücünün artırılmasına investisiyalar qaz həcmindən asılı olacaq. Müvafiq qərar qəbul edildikdən sonra genişləndirmə işlərini üç il ərzində başa çatdırmaq olar".
Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31