COVİD 19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri müzakirə ediləcək

Bu gün Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “COVİD 19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda Nazirlərin Dəyirmi Masası keçiriləcək.

Bu gün Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) "COVİD 19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri" mövzusunda Nazirlərin Dəyirmi Masası keçiriləcək.

"OLAYLAR" -a Energetika Nazirliyindən bildirilib ki, noyabrın 12-də isə Nazirlərin 22-ci görüşü baş tutacaq.. Onlayn formatda təşkil olunan görüşlərdə Əlcəzairin Energetika naziri, Qaz İxrac Edən Ölkələr Forumu Nazirlər görüşünün sədri Əbdülməcid Attarın dəvəti ilə foruma üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. Nazirin hər iki görüşdə çıxışı nəzərdə tutulub.

Tədbirlər Bakı vaxtı ilə saat 16:00-dan - 20:00-dək keçiriləcək. Nazirlər görüşünün sonunda mətbuat konfransı təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31