Müsahibə
“Elçibəyi vahid namizəd olmağa qoymadılar”
Azərbaycanın mərhum prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin keçmiş müşaviri, yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb. Yunus Oğuzla ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə aydınlıq gətirməyə çalışdıq. Müsahibədə həmçinin son günlərdə Əbülfəz Elçibəy ətrafında yaradılmış polemikaya da toxunulub. Cebhe.info müsahibəni təqdim edir.
Azərbaycan söz və ifadə azadlıqlarına məxsusi önəm verən dövlətlərdəndir
Ölkədə söz və məlumat azadlığının mövcud durumu, dövlətin bu istiqamətdə atdığı addımlar, eləcə də əldə edilən nailiyyətlərlə bağlı Yeni Azərbaycan Partiyasının üzvü, Demokrat Gənclər Hərəkatının sədri Murad Ağamiyevin “OLAYLAR"-a müsahibəsi
"Zamanla estradanın yox, məhz muğam sənətinin xasiyyətimə uyğun olduğunu anladım..."
Bu səsi tamaşaçılar ilk dəfə 2008 – ci ildə dinlədilər. Səhnədəki kövrəkliyi, utancaqlığı, zərifliyi və ən əsasıda gözəl səsi və repertuar seçimindəki zövqü onu yaddaşlara həkk etdi. İllər sonra tanrı bizlərə yenidən o səsi duymağa fürsət verdi. Bu dəfə biz onun sənətinə nə qədər ciddi yanaşdığını hiss etdik. Həmsöhbətimiz 2011 – ci ildə keçirilən Televiziya Muğam müsabiqəsinin qaliblərindən biri olan Günay İmamaverdiyevadı.
Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi
Keçən həftənin ən yadda qalan hadisələrindən biri Birləşmiş Ştatlar və Rusiyanın yüksək səviyyəli hərbi rəsmilərinin Azərbaycanda bir araya gələrək müxtəlif istiqamətləri əhatə edən müzakirələr aparması oldu. ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin sədri general Cozef Dunford və Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun Bakı görüşü Azərbaycan üçün də xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir. Belə ki, dünyanın iki super gücünün məhz Azərbaycanın paytaxtında bir araya gələrək bir sıra regional məsələləri müzakirə etməsi əslində bir tərəfdən də rəsmi Bakıya verilən önəmin, dəyərin göstəricisidir. Elə təsadüfi deyil ki, əksəriyyət ekspertlər də bu qənaətdədirlər. Müstəqil ekspert Əlabbas Məhərrəmli də Amerika və Rusiya generallarının Azərbaycanın paytaxtında görüşməsini əhəmiyyətli hadisə kimi dəyərləndirir. “OLAYLAR”-a verdiyi müsahibədə Bakı görüşünün əhəmiyyətindən danışan Əlabbas Məhərrəmli sözügedən danışıqların Azərbaycan üçün mümkün müsbət dividentlərindən də söhbət açıb.
“Bəziləri azad söz, fikir plüralizm pərdəsi altında hər cür iyrəncliklərə əl atırlar”
Artıq bir neçə ildir ki, ölkə müxalifəti passiv fəaliyyət dövrünə keçib və ölkənin həyatında baş verən siyasi proseslərə heç bir təsir imkanı yoxdur. Bəs görəsən müxalifət düşərgəsinin bu səssizliyi normaldırmı? Bu və ya digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucovla söhbətləşdik.
Hikkə, qisas pis şeydi. İnsan ən çox onlardan özünü qorumalıdı
Aysel Novruz – sosial şəbəkədə öz fikirləri ilə hər kəsin sevdiy, bəyəndiyi, eyni zamanda sevməyənləri tərəfindən oğrun – oğrun izlənilən və həmçinin də sevilən xanımdı. Onun dünyasına çoxdan daxil olmaq istəyirdim. Sözün yaxşı mənasında fürsət gözləyirdim. Onun haqqında bilmək istədiyim - fikirləri, statusları, şerləri ilə bağlı həm jurnalist marağım, həm da qadın maraqlarım məni bu görüşə tələsdirirdi...
Azərbaycanda söz və mətbuat azadlığı, fikir plüralizmi ən yüksək səviyyədə təmin olunub
Günümzdə kütləvi informasiya vasitələrinin cəmiyyət həyatında rolu və yeri müstəsna əhəmiyyət kəsb edir. Ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən tutmuş sosial problemlərə qədər bütün məlumatları cəmiyyətə çatdıran kütləvi informasiya vasitələrini əbəs yerə cəmiyyətin maarifləndirilməsi, onun məlumatlandırılmasında əvəzsiz vasitə hesab etmirlər. Azərbaycanın kütləvi informasiya vasitələri də bu günm ölkə həyatında baş verən prosesləri cəmiyyətə çatdırmaqla məşğuldur.
Musa Quliyev: "Əsas hədəf ölkəmizin dinamik inkişafını davam etdirməkdir"
Struktur islahatları Azərbaycan Hökumətinin apardığı iqtisadi islahatların mühüm tərkib hissəsidir
Artıq bir neçə aydır ki, Azərbaycanda müxtəlif sahələri özündə əks etdirən köklü islahatlar həyata keçirilir. İstər siyasi, istər iqtisadi, istərsə də idarəetmə sahəsində həyata keçirilən islahatların tezliklə müsbət nəticələr verəcəyi şübhəsizdir. Elə əksər ekspertlər də bu qənaətdədir. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri dokturu Fikrət Yusifovla söhbətimiz də qeyd edilən istiqamətlər üzrə oldu. “OLAYLAR”-a verdiyi müsahibədə Fikrət Yusifov qarşıdakı müddət ərzində ölkə iqtisadiyyatında gözlənilən yeniliklər barədə də danışıb.
"Zamanımızın böyük əksəriyyəti məhkəmələrdə keçdi"
Bu gün "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının 48 yaşı tamam olub. Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində doğulub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1999-cu ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub.
Kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün bütün zəruri şərtlər mövcuddur
Müstəqillik illərindən sonra hər bir sahədə olduğu kimi mətbuat sahəsində də ciddi nailiyyətlər əldə edildi, ölkədə söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Xüsusilə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra media sahəsində bir canlanma yarandı, mətbuata olan dövlət qayğısı daha da artdı.
Türk politoloq: “BMT və başqa beynəlxalq təşkilatlarda radikal islahatlar həyata keçirilməlidir”
BMT baş katibi tamamilə haqlıdır, düz deyir. Bunu hər kəs görür və əksəriyyət etiraf edir. Müasir dünya sistemiylə təxminən 70 il əvvəl qurulmuş bir təşkilatın ahəngi arasında böyük ziddiyyətlər var.
Əflatun Amaşov: "İnternet medianın sürətlə artan sayı qarşısında adekvat reaksiya xeyli çətindir"
Mətbuat Şurası hər zaman ənənəvi fəaliyyət istiqamətlərinə sadiqdir. Qurumun işində başlıca yeri şikayətlərin araşdırılması tutur. 2016-cı il də bu baxımdan fərqlənmir. Əlbəttə, müxtəlif istiqamətləri əhatə edən fəaliyyətimiz də olub.
Lapşinin ekstradisiyası erməni diasporunun quluna çevrilmiş hər kəsə dərs olacaq
Artıq bir neçə gündür ki, təkcə yerli mətbuat deyil, eləcə də xarici KİV-lər ermənilərə xüsusi sevgisi ilə seçilən, üçlü vətəndaşı olan Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından yazır. Xüsusilə, işğalçı ölkənin mətbuatlnda Lapşinin Azərbaycana təhvil verilməsi geniş şərh edilir və bir çox hallarda ermənilər tərəfindən bunun Azərbaycan diplomatiyasının uğuru olduğu etiraf edilir. Təkcə Ermənistan müxalifəti deyil, eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələri, siyasi proseslərdən tamamilə uzaq olan xalq sadə kütlələri də hesab edirlər ki, bütün bunlar Sərkisyan hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsindən irəli gəlir.
Azərbaycanın bir-birinə əks mövqedə dayanan iki qütblə də uğurlu əməkdaşlığı
Həftə ərzində Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi ən ciddi uğurlardan biri də Bakı ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması oldu. Məlum olduğu kimi bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfər edərək Avropa İttifaqının rəsmiləri ilə görüşlər keçirdi. Keçirilən görüşlər çərçivəsində tərəflər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin bu səfəri ölkəmizin Avropa ilə münasibətlərində yeni bir mərhələ kimi xarakterizə edilir. Bəs görəsən bundan gözləntilər nədir? Bu və ya digər suallarla Ədalət Partiyasının sədr müavini, Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin sədri Mütəllim Rəhimli ilə söhbətləşdik.




.jpg)









