Erməni lobbisinin maliyyəsi ilə “ingilis bayrağı” olan siyasətçilər
21 Oktyabr 2014 16:19 MüsahibəBir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı sərgilənən qeyri-obyektiv yanaşma və ikili standartlar fonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nzərdə tutulur. Bu ayın sonunda baş tutacaq görüş barədə müxtəlif versiyalar səslənməkdədir. İddia olunur ki, Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə nəzərdə tutulan görüşü Dağlıq Qarabağ probleminin həlli istiqamətində mühüm addım olar. Bəs görəsən Azərbaycana qarşı ikili standartlar və qeyri-obyektiv yanaşma olduğu halda dünya birliyindən poblemin həlli ilə bağlı ədalətli yanaşma gözləmək nə dəəcədə məntiqlidir. Bu və ya digər məsələlərlə bağlı politoloq Ramiz Alıyevə müraciət etdik.
-Ramiz müəllim, hazırkı situasiyada beynəlxalq aləmdə Azərbaycana qarşı qeyri-obyektiv yanaşma və mövqe olduğu halda Qarabağ probleminin həllində dünya birliyindən ədalətli mövqe gözləmək nə dərəcədə normaldır?
-Əslində dünya bu cür oyunlar qurmaqla prosesləri öz nəzarətində saxlamaq istəyir. Onu da qeyd edim ki, davam etməkdə olan zaman ərzində biz də oturub yerimizdə saymırıq. Əlimizə düşən imkanlardan istifadə edərək istər beynəlxalq aləmdə nufuzumuzun artması yolunda, beynəlxalq tribunalardan haqq səsimzi hər kəsə eşitdirməklə, istərsə də ölkəmizin iqtisadi, sosial, hərbi, siyasi gücümüzü artırmaqla bütün bu kimi hallara sinə gəlirik. Böyük güclərin nə düşünməsindən asılı olmayaraq biz hazırda elə bir gücdəyik ki, hər an Ali Baş Komandanın əmrin gözləyən milyonlarla azərbaycanlı var. Bizim həm iqtisadi, həm hərbi, həm də siyasi gücümüz buna imkan verir ki, tarixi torpaqlarımızı hərbi yolla geri qaytaraq və ərazi bötövlüyümüzü təmin edək. Beynəlxalq güclər hər zaman olduğu kimi bu məsələdə də ikili standart tətbiq edir. Onlar üçün sevindirici hal olmaz ki, Azərbaycan kimi yeni müstəqil bir ölkə bu qədər inkişaf edə və müstəqil siyasət yürüdə.
-Ümumiyyətlə hazırkı situasiyada Qarabağ problemi ətrafında gedən proseslər , danışıqlar prosesindəki mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
-Mövcud vəziyyət hər kəs üçün bəllidir. Uzun müddətdir ki, ATƏT-in Minsk qrupu və onun həmsədrləri, eyni zamanda bir çox beynəlxalq təşkilatlar Qarabağ problemi ilə bağlı məşğuldurlar. Ancaq hələ də heç bir irəlləyişlər gözə çarpmır, öz tarixi torpaqlarından zorla çıxarılan qaçqın və məcburi köçkün ailələrindən bir nəfər də olsun öz ata-baba yurduna qayıda bilməyib. BMT-nin dörd Qətnaməsi hələ də kağız üzərində qalıbsa hansı ədalətdən söhbət gedə bilər? Hansısa bir ölkənin neft vəz hasilatını ələ keçirmək üçün bir gün içində BMT-dən bir kağız alıb (çox vaxtda heç o kağız parçasını da gözləmirlər) haqlı-haqsız həmin ölkələrdə olmazın faciələr törədirlər, vətəndaş müharibəsi yaradırlar və s. Bu kimi hallar artıq bütün dünyanın gözü qarşısında həyata keçirilir. Ancaq haqlı olanın haqqın təmin etmirlər. Mövcud vəziyyətdə Azərbaycan tərəfi istər ATƏT-in Minsk Qrupundan, istərsə də digər aidiyyatı beynəlxalq təşkilatlardan qətiyyət göstərməsini tələb etməlidir. Əks halda Qarabağ problemi ilə bağlı bu kimi təşkilatların köməyindən imtina edəcəyimizi bildirməliyik.
-Sizcə bu qeyri-obyektiv yanaşmanın bir səbəbi də Azərbaycan gələn il birinci Avropa oyunlarına ev sahibilik etməsi ilə bağlı deyilmi?
-Bu cür böyük və ilk dəfə keçiriləcək bir idman yarışının Azərbaycanda təşkil olunması təbii ki, ölkəmizin düşmənləri üçün arzuolunmaz bir haldır. Bildiyimiz kimi Avropa Oyunları ilk dəfədir keçirilir və kifayət qədər böyük bir idman tədbiridir. Qış Olimpiya Oyunlarından daha böyük olan bir idman yarışı ilk dəfə təşkil olunur Bu hadisəyə necə sevinməmək olar?! Bir azərbaycanlı olar hər kəs qürur duymalıdır ki, ölkəmiz dünyada belə bir etimad qazanıb ki, artıq bu cür yəni ilk dəfə keçirililməsi nəzərdə tutulan böyük yarışların da təşkili ölkəmizə həvalə olunub. Ancaq onu da ürək ağrısı ilə deməliyik ki, bu qürurverici hala qısqanclıqla yanaşanlar, sevinməyənlər arasında xarici düşmənlərimizlə yanaşı daxili düşmənlərimiz də var. Azərbaycanın uğuruna erməni lobbisi,Ermənistan dövləti və digər xarici düşmənlərimizin qısqanclıqla yanaşması bizim üçün normal haldır və gözləniləndir. Ancaq ölkə daxilində və azərbaycanlı olan bir insanın bu uğurumuza xəbiscəsinə, qısqanclıqla yanaşmasına mən heç bir ad verə bilmirəm. İnsan mənsub olduğu xalqa, yaşadığı, çörəyini yediyi, suyunu içdiyi bir ölkəyə qarşı necə bu qədər xəyanətdə ola bilər?! Bütün bu xəyanətkar dəstələrdən də bizim xarici düşmənlərimiz "lazımı" formada istifadə edərək ölkəmizin əlehinə işlər aparırlar. Bir tərəfdən Ermənistan, bir tərəfdən də erməni lobbisinin maliyəsi ilə "ingilis bayrağı" olan siyasətçilər ölkəmiz haqqında hansı qərəzli fikiləri səsləndirsələr də boş bir bəyanatdan, fikirdən başqa bir şey deyil. Onların o qərəzli bəyanatları və fikirləri erməni lobbisi tərəfindən kağıza yazılıb həmin siyasətçilərin qarşılarına qoyulmuş və öncədən ödənişi olunmuş bəyanatlar və fikirlərdir.
Süleyman İsmayılbəyli