General Rövşən Əkbərov: "Düşmən tərəfi 71 itki verib"
3 Avqust 2014 23:46 MüsahibəBu gün şəhid olmuş gizir İsa Almazovun üç mərasimi keçirilib. Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ölümündən sonra üçüncü dərəcəli medalla təltif edilən şəhidin mükafatını Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təqdim edib. Mərasimdə şəhidin yaxınları ilə görüşən general-leytenant son günlərdə baş verən atışmalar nəticəsində erməni ordusunun 71 əsgərinin öldürüldüyünü və 80 əsgərin yaralandığını bildirib: "Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib". Qeyd edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu ötən gün cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31