Baş Prokurorluq Etibar Pirverdiyevin fəaliyyətini ciddi araşdırmalıdır

Çingiz Qənizadə: ““Azərenerji”nin indiki fəaliyyəti prezidentin siyasətinə zidd mövqedədir”

"Rayonların enerji təchizatı acınacaqlı vəziyyətdədir"

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində korrupsiya faktlarının olması ilə bağlı məlumatlar gündəmdədir. Müsahibimiz millət vəkili, tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə qurumun fəaliyyətindəki nöqsanlarla bağlı araşdırmaları davam etdirir. Millət vəkili bildirir ki, "Azərenerji"nin fəaliyyətindəki nöqsanlar ciddi araşdırılmalı, yeyinti faktları üzə çıxarılmalı və qurumun prezidenti Etibar Pirverdiyev məsuliyyətə cəlb edilməlidir.
-Çingiz müəllim, "Azərenerji" ilə bağlı açıqlamanız ictimaiyyətdə reaksiya doğurub. Araşdırmalarınız davam edirmi?
-Mən bir daha bununla bağlı parlamentdəki fikirlərimə qayıdıram. Hesab edirəm ki, Hesablama Palatasının bizə təqdim etdiyi materiallar sadəcə orda göstərildiyi kimi nöqsanlar "Azərenerji"nin özünə yox, Baş Prokurorluğa göndərilməlidir. Belə ki, Baş Prokurorluqla Hesablama Palatası arasında sazış var. Mən parlamentdəki çıxışımda da dedim. Hər hansısa bir rayonun mədəniyyət şöbəsində, kommunal xidmət sahəsində, səhiyyə şöbəsində bir işçinin əmək haqqının verilməməsi, hansısa bir əlavə ştatın olması ilə əlaqədar dövlətdən 100-200 manatın ayrılması ilə bağlı ciddi qanun pozuntusu ilə əlaqədar ciddi tədbir görülürsə, bu prosesdə milyonlardan söhbət gedir və hesab edirəm ki bu fakt birbaşa Baş Prokurorluğa göndərilməlidir. Bir daha konkret xatırladım ki, Bala Bəhmənlu  kəndi ərazisində olan Su Elektrik Stansiyasının tikintisilə bağlı "Azərenerji" ilə "Azenko" arasında qanunsuz müqavilə bağlanıb. Müqaviləyə əsasən stansiya 20 ay müddətində təhvil verilməli olduğu halda, 19 aydan sonra, yəni müqavilənin başa çatmasına bir ay qalmış  müqavilənin icra müddəti daha 15 ay artırılıb və ora əlavə dövlət vəsaiti ödənilib. Burada ekspertiza keçirilməyib, smetanın qiymətləndirilməsi olmayıb, "Azenko"ya həddindən artıq əlavə dövlət vəsaiti ödənilib, tendenr elan olunmadan "Azenko" ilə müqavilə bağlanılıb. Hesablama Palatasının göndərdiyi sənəddə göstərilir ki, burada çöxsaylı qanun pozuntusu var. Digər fakt, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 10 rayonda Su Elelktrik Stansiyasının t5ikintisi nəzərdə tutulub.  Bu prosesdə də heç bir tender keçirilmədən "Azenko" ilə qanunsuz müqavilə bağlanılıb, pullar "Azenko"ya ödənilib.  2011-ci il dekabrın 30-dək işlərin tam başa çatması, su elektrik stansiyalarının təhvil verilməsi nəzərdə tutlsa da, Hesablama Palatasının bizə təqdim etdiyi sənədə görə, artıq 2012-ci ilin aprel ayıdır və cəmi 3 rayon üzrə 3 Su elektrik Stansiyasında cəmi 11,6 faiz iş görülüb. Mən də soruşuram ki, biz biz büdcədən sizə pul ayıtrmışıq, dövlətin bu vəsaiti "Azenko"ya yönəldilibsə, niyə indiyə qədər bu məsələ həllini tapmayıb?. Cənab prezident regionlara səfər edir, rayonlarda olur, rayonların iqtisadi inkişafı ilə bağlı müəyyən maliyyə vəsaitləri ayırır, tədbirlər görür və köməkliklər edir. Bu da onun tərkib hissədi olduğu halda, niyə görə prezidentin siyasətinə zidd olaraq, əslində cinayətlə məşğul olaraq bu prosesi ləngidirlər və dövlətin vəsaitini müxtəlif şəxslərə lazım olan, özlərinin bilavasitə nəzarəti altında müxtəlif adlarda olan şirkətlərə yönləndirib dövriyyədən çıxarılır və digər məqsədlərlə dövriyyəyə buraxılır. Bu baxımdan mən yenidən Hesablama Palatasına, "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevə, Satınalmalar üzrə Dövlət Agentliyinə və Dövlət Əmlak Komitəsinə rəsmi sorğu göndərmişəm və qanunla onlar mənə 10 gün müddətinə cavab verməlidir. Artıq bir neçə gündür ki, bu soorğular göndərilib. Sorğularda bu proseslər, "Azərenerji"nin "Azenko" ilə münasibətləri, bağladığı tenderdən kənar müqavilələr, ayrılmış dövlət vəsaitlərinin hara xərclənməsilə bağlı çoxsaylı suallar göndərmişəm. Bu sorğulara cavab alandan sonra, ümumiləşmə aparacam və yeni suallar ortaya çıxacaq, həmin suallarla bağlı yenidən sorğular göndərib cavab alacam. Bütün bu proseslər başa çatandan sonra materialları toplayıb Baş Prokurorluğa göndərəcəm. Mən belə hesab edirəm ki, "Azərenerji"nin indiki fəaliyyəti  cənab prezidentin siyasətinə zidd mövqedədir və Milli Məclisin təsdiq etdiyi dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, burada rüşvət və korrupsiya var, qanuna zidd olaraq sahibkarlıq fəaliyyəti var. Etibar Pirverdiyev özünə məxsus olan "Azenko" şirkəti vasitəsilə bu pulları dövriyyədən çıxarıb müxtəlif istiqamətlərə yönəldir. Buna görə də hesab edirəm ki, hüquq mühafizə örqanları bu məsələyə hüquqi qiymət verməlidir. Bu baxımdan da mən növbəti məsələlərə aydınlıq gətirildikdən sonra bununla bağlı növbəti addımlarımı atacam.
-Sizin bu araşdırmalarınıza deputat həmkarlardan dəstək verən və ya mane olan varmı?
-Millət vəkillərinin çoxsu cəsarətli çıxışıma görə mənə təşəkkür etdilər, amma təəssüflər olsun ki bəzi millət vəkilləri bu çıxışa görə məndən incidilər. Amma məın yenə də onlara hörmətlə yanaşıram. İncisələr də mən yenə də onların xətirlərini çox istəyirəm. Etibar Pirverdiyevlə əlaqəsi və tanışlığı olan  bir neçə millət vəkili belə hesab etdilər ki, mən gərək bu cür çıxışlar etməyəydim və o da pulları basıb yeyəydi. Bunu da mən qəbul etmirəm və ol bilər ki  onların da Etibar Pirverdiyevlə isti münasibətləri var ki, bu məsələyə görə mənə incik yanaşıblar. Amma mən yenə də onlara hörmətlə yanaşıram, həmkarlarımla həmin münasibətimi saxlamaqda davam edəcəm. Hesab edirəm ki mən hüquqşünasam və təqdim olunan hesabatda cinayətin baş verdiyini gördüm, milyonlarla manatın dövriyyədən çıxarıldığının, cənab prezidentin tapşırığının icra edilmədiyinin, iqtisadui rayonlarda bu problemin mövcudluğunun şahidi oldum və çalışıram ki bu məsələdə qanun pozuntusuna yol verən şəxslər qanun qarşısında cavab versin.
-Məsələ ilə bağlı prezidentə müraciət etmək fikriniz var?
-Bəli, son olaraq bu addımı atacağımı düşünürəm. Baş Prokurorluğa müraciət edəndə cənab prezidentə də bu haqda ayrıca bir müraciət göndərəcəm.
-Çingiz müəllim, İmişli və Beyləqan rayonlarında seçicilərlə sız əlaqədəsiniz və tez-tez görüşürsünüz. Rayonlarda elekltrik enerjisinin təminastı ilə bağlı vəziyyəti araşdırmısınızmı?
-Bu rayonlardakı vəziyyət məni qətiyyən qane etmir. Rayonların elektrik enerji təminatı həddindən artıq bərbad vəziyyətdədir. Görülən işlərin hamışı görüntü xarakterlidir. Məsələn, kənd yollarında elektrik dirəklərinin hamısı əyilmiş vəziyyətdədir. Elektrik naqilləri bu günki elektrik enerjisinə tab gətierə bilmir və itkilərə yol verilir. Yollarda itən elektrik enerjisi sonra rayonun üstünə yazılır, rayon isə həmin enerjini müəyyən müəssisələrin və insanların üstünə yazır. Düzdür, itkiyə görə müəyyən faiz nəzərdə tutulub, amma hər halda belə fakt var. Məsələn, bu qış İmişli və  Beyləqanda elektrik enerjisi əvvəlki illərlə müqayisədə nisbətən yaxşı oldu. Əvvəllər mən demək olar ki hər gecə regional elektrik enerji rəhbərliyi ilə əlaqə saxlamışam, filan kənddə transformator partladı, filan kənddə dirək aşıb və sair məlumatları verib tələb etmişəm.  Amma indi biz hansı əsrdə yaşayırıq. Elelktrik dirəkləri də təzələnməlidir, transformatorlar da yenisi ilə əvəzlənməlidir. Üzərini rəngləməklə transformatoru, dirəyi təzə eləmək olmaz. Transformatoru rəngləyib filan yerə yeni transformator qoyuldu deməklə sənədləşdirmə aparılırsa, bunun nəticəsi də belə olacaq. Elə ötən qış nəinki regionlarda, hətta Bakıda biabırçı vəziyyət yarandı. Adi vaxtlarda rayonlarda külək əsən kimi, yağış yağan kimi işıqlar sönür. Ötən qış da bildiyiniz kimi hətta metro da dayandı, qəzalar oldu, Etibar Pirverdiyev bir neçə gün həmin elektrik dirəklərinin yanında qaldı. Axırda da yenə camaatın üstünə ki guya elektrik dirəklərinin altında evlər tikilib. Yaxşı, bu evlərin günahındandı, bəs Su Elektrik Stransiyalarının tikilməməsində də evlər günahkardılr? Sadəcə olaraq onlar oturub "pulu necə qazanım" fikirləşirlər və buna da nail olurlar.
-"Azərenerji" iddia edir ki, Azərbaycan bütünlükləv fasiıləsiz elektrik enerjisilə təmin edilib. Siz bununla razısınız?
-Hansı rayonda nə iş gördüklərini görə bilmirəm. Amma mənim deputat seçildiyim Beyləqan, İmişli və doğulub boya-başa çatdığım Ağdaşda bununla bağlı vəziyyət çox acınacaqlıdır. Hansısa rayonda iki-üç elektrik dirəyi dəyişdirib bunu 200 dirək adı ilə rəsmiləşdirmək dövləti və cəmiyyəti aldatmaqdan başqa bir şey deyil. Fasiləsiz enerji məsələsinə gəlincə isə, bu gün istənilən bir mənzilə baxış keçirsək, oradas 220 volt elektrik enerjisi tapa bilmərik. Hal-hazırda 3 gündür ki mənim Bakıda yaşadığım ərazidə işıqla bağlı problem yaranıb. 3 gündür ki Binəqədi rayonu ilə danışıqlar aparandan sonra nəhayət ki, bizim problemə reaksiya verilib və hazırda orada təmir işlərinə başlanıb. Məsələn mən millət vəkiliyəm, zənglərimə gec də olsa reaksiya almışam. Amma adi vətəndaşın şikayətlərinə baxılmır. Mən inanmıram ki bu gün "Azərenerji"nin fəaliyyətini Azərbaycanda hansısa vətəndaş və ya məmur qənaətbəxş hesab etsin.
Hazırda "azərenerji"nin fəasliyyətilə bağlı araşdırmalarım davam edir. Bu yaxınlarda mənə daxil olan məlumata görə, "Azərenerji" ilə özəl bir elektrik stansiyası arasında bağlanmış sənəd əsasında cinayət əməli baş verib. Özəl elektrik stansiyası ilə "Azərenerji" arasında bağlanan müqavilədə hər ikisi cinayətə yol veriblər.ş Bununla bağlı matetrialları da toplamağa başlamışam. Mənə elə gəlir ki, araşdırmalarım zamanı belə hallar çox olacaq.
-Dediniz ki "Azərenerji"nin bütün layihələrini tender keçirilmədən "Azenko"həyata keçirir. Bununla bağlı harasa sorğular göndərmisinizmi?
-Bəli, göndərmişəm və bildirmişəm ki, tender keçirilmədən bu cür müqavilələrin bağlanması hansı qanun pozuntularıdır və buna niyə göz yumulub. Bütün işlər hamısı "Azenko" ilə aparılıb və "Azenko"nun da qalibi "İnter Enerji" şirkətidir ki, bu da birbaşa Etibar Pirverdiyevə məxsus şirkətdir. Bununla bağlı konkret məlumatlar təxminən 10-15 günə toplanacaq. 

Samir
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31