“EL” Hərəkatının rəhbərliyində olan insanlar iftira, böhtan və şantajla gündəmdə qalıblar” - MÜSAHİBƏ

Ramil Hüseynov: “Onların hamısı uğursuzluga düçar olub və perspektivsiz, mənasız işlərlə məşgul olublar”

"Müxalifət daxilində təmsil olunan nurçularla baglı fikirlərin şahidi olmuşuq"

Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovun "OLAYLAR"-a müsahibəsi

-Ramil bəy, Vətəndaş və İnkişaf Partiyasının  Eldəniz Quliyevlə məhkəməsi nə yerdədir və bu arada qarşı tərəfin sizi məhkəməyə verməyə hazırlaşdığı bildirilir. Bu barədə nə deyə bilərsiniz?

-Keçən hazırlıq iclasına qarşı tərəf gəlməmişdi. Müxtəlif bəhanələr gətirməklə  məhkəməyə teleqramla yazılı müraciət etmişdi ki, vəkilimlə müqavilə baglamamışam.  Təbii, hakim də prosedur qaydalara uygun olaraq məhkəməni təxirə saldı. Əslində biz məhkəmə salonlarında siyasi məsələlərin həllinin tərəfdarı deyilik. Partiyanın sədri Əli Əliyev qəzetlərin birində  jurnalistin "EL" Hərəkatı ilə bağlı sualını cavablandırarkən orada Eldar Namazov adlı siyasətdən bixəbər bir insanın adını çəkib və qeyd edib ki, "El" Hərəkatı yalnız Eldar Namazovdan ibarətdir. Ondan sonra isə vicdanı virusa yoluxmuş, ona görə mənəviyyatı agrıyan və bu agrıya tab gətirməyib ləyaqətini incidən Eldəniz adlı birisi öz səviyyəsinə uygun olaraq partiya sədrinə qarşı təhqirlər, böhtanlar yagdırıb. Biz bu adamın cavabını bızə işlətdiyi təhqirlərə cavab olaraq vermişik. Fikirləşdik ki, yəqin bu məsələ bununla bitəcək. Lakin o adam qırmızı xətti keçdi və həmin insanları başqa cür cəzalandırırlar. Biz bu haqda dostlarla fikir mubadiləsi aparmışıq. .Ancaq sonradan məlum oldu ki, bu nə çağrılıb normal söhbət olunası biridir, nə də bu adama əl bulamaq lazımdır. Bu adam həmin səviyyəyə özunu layiq bilmiş çox nadir adamlardan biridi. Ümid edirəm ki hüquqi mustəvidə o, layiqli cavabını alacaq . Qaldı ki onun bizi məhkəməyə verməsinə, qoy versin. O və ətrafında 1-2  özunə bənzər adamlar elə bir rəy yaratmağa cəhd göstərirlər ki, guya ona qarşı hücum olub. Çünki özünü məzlum kimi göstərir. Bu cür mənəviyyata sahib olan insanlar mütləq öz layiqli cəzasını almalıdır ki, digər oxşarlara bu dərs olsun. Qeyd edim ki, partiyanın bütün üzvlərini və tərəfdaşlarımızı təhqir etdiyinə görə bir neçə şəxs də məhkəməyə  müraciətlərini hazırlayıb.  Yəqin ki, həmin şəxslər də məhkəməyə müraciət edəcək.

-Sizcə, "EL" Hərəkatı ilə qarşı-qarşıya gəlmək VİP üçün çətin olmayacaq? 

-"EL" Hərəkatının rəhbərliyində olan insanların indiyə qədər yaratdıgı təşkilatlardan hansının ölkədə normal bir imicə malik olmasının şahidi olmusunuz? Onların hamısı uğursuzluga düçar olub və perspektivsiz,  mənasız işlərlə məşgul olublar. İftira,  böhtan, şantajla  gündəmdə qalıblar  Belə təşkilatlarla qarşı-qarşıya gəlmək marağında deyilik.  Güman etmirəm ki, bizim üçün hansısa çətinlik olacaq.  Görünür bu oyunbaz,  perspektivsiz adamlara yerlərini göstərmək bizə nəsib olacaq

-Bu günlərdə Eldəniz Quliyev Müsavatın da bostanına daş atıb. Sizə elə gəlmirmi ki, bu şəxs ayrı-ayrı partiyaları ittiham etməklə gündəmdə qalmağa çalışır? 

-Tamamilə dogrudur. Tək bizə qarşı yox, bu adam çox təşkilatlara qarşı bu cür  davranır. Görünür onun da çörəyi insanlara təhqir və böhtan atmaqdan çıxır.. Sərdar Cəlaloğlu,  İlyas İsmayılov  İsa Qəmbər, Rauf Arifoglu  Mirşahin və onlarla belə şəxslərin adlarını sadalamaq olar ki,  yeri gəldi gəlmədi Eldəniz Quliyev həmin insanlarla söz atışması yaradıb. Ona hüquqi çərçivədə elə zərbə vurmaq istəyirik ki,  bir də ayaq üstə qalxa bilməsin. Ona görə də məhkəməyə müraciət etdik  İnşallah, bizim haqqımız tanınacaq.

-Bu arada Rusiyanın Ukraynaya müdaxiləsi ölkəmizdəki Rusiyameyilli qüvvələrin də fəallaşmasına gətirib çıxara bilərmi? 

-Siyasətdə demək olar ki,  heç nə istisna olunmur. Əslində mən hesab edirəm ki, bu Qərb və Avropa ilə Rus dövlətinin Ukraynada toqquşmasıdı. Hələ proses tam bitmədiyinə görə dediyiniz həmin siyasi qüvvələr gözləmə mövqeyində durublar. Düşünürəm ki, onlar da hansısa planlar üzərində işləyirlər. Bu təbiidir və .hakimiyyət bu məsələ ilə baglı ciddi düşünməlidi. Mən Azərbaycanda vətəndaş qarşıdurmasının yaranmasının tam əleyhinəyəm.  Bu istənilən ölkəni geriyə aparan bir prosesdi. Ümumilikdə dəyişikliklər heç bir halda dövlətin geriləməsinin hesabına olmamalıdı.

-Son günlər parlamentdə, dövlət qurumlarında nurçuların olması barədə fikirlər səslənir. Maraqlıdır, müxalifət partiyaları arasında da nurçular varmı? 

-Düşünürəm ki, bu məsələdə ehtiyatlı davranmaq lazımdı. Çünki hər kəs hansısa təriqəti seçməkdə azaddı. Ümumilikdə müsəlmanların parçalanmasını başa düşmürəm. Nurçuluq məsələsi zaman-zaman  mətbuatda müzakirə mövzusu olub. Sadəcə qardaş Türkiyədə baş verən son olaylar bunu yenidən diqqət mərkəzinə gətirdi.  Kimin hansı təriqətin nümayəndəsi olmasını isə daha çox hüquq mühafizə orqanları bilər. Yəqin ki, onlarda bu barədə dəqiq məlumatlar var. Qaldı ki, faktlarla təsbit olunmayan söhbətlərə, həm müxalifət daxilində, həm də iqtidarın yüksək eşalonunda təmsil olunan nurçularla baglı fikirlərin şahidi olmuşuq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31