Yeni yaradılmış imkanlar sayəsində vətəndaşlarımıza daha asan xidmət göstəriləcək - MÜSAHİBƏ
Anar Sarıyev: “Korrupsiya və rüşvətxorluq kimi neqativ hallara qarşı mübarizədə dövlət və vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakı vacibdir”
19 Fevral 2014 15:48 MüsahibəKorrpsiyaya Qarşı Mübarizə Mərkəzinin sədri Anar Sarıyevin "OLAYLAR"-a müsahibəsi
-Anar müəllim, "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi, eləcə də "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərmana dəyişikliklərlə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamı necə dəyərləndirirsiz?
-Öncə qeyd etmək istərdim ki, cənab Prezidentin müvafiq sərəncamı cəmiyyətimizdə cox təqdirəlayiq qiymətləndirilib. Bizlər də vətəndaş cəmiyyəti institutları nümayəndələri olaraq qeyd etmək istərdik ki, yeni yaradılmş imkanlar sahəsində vətəndaşlarımıza daha operativ və asan formada xidmət göstəriləcək. Sərəncamda qeyd olunan : İnzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada ödənilməsini təmin edən çoxfunksiyalı "ASAN ödəniş" sistemi yaradılması korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə və şəffaflığın artırılması istiqamətində nəzərə çarpacaq dərəcədə dinamik artıma səbəb olacaqdır . Yarandığı gündən öz fəaliyyət istiqamətində vətəndaş-məmur münasibətlərini minimuma endirilməsini nəzərdə tutan ASAN xidmət mərkəzləri bunu öz əməli fəaliyyətlərində bir daha göstərirlər. Müasir informasiya -kommunikasiya texnologiyaları ilə təhciz edilmiş maddi baza və yüksək səviyyəli peşəkar kadr heyəti tərəfindən vətəndaşlarımıza müvafiq sərəncamdan irəli gələn sahələr üzrə keyfiyyətli və asan xidmət göstəriləcəyinə şübhə yoxdur.
-ASAN xidmət mərkəzlərinin fəaliyyətini şəffaglığın artırılması istiqamətində necə dəyərləndirərdirisiz?
-Ölkəmizdə şəffaflığın artırılması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində aparılan təqdirəlayiq işlər və əldə olunan nailiyyətlər, xüsusilə dövlət idarəçiliyi sahəsində müasir kommunikasiya texnologiyalarından istifadə etməklə dövlət qulluğunun təşkili, vətəndaşlara müasir xidmət sahələrinin yaradılması məhz Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir: Dövlət başçısının "Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi"ni yaratması dövlətin şəffaflığın artırılması və vətəndaşlara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətindəki qətiyyətinin təcəssümü idi. Prezident İlham Əliyevin "ASAN xidmət" mərkəzləri Azərbaycanın brendidir" ifadəsi, artıq əməli olaraq bu xidmət sahəsinin fəaliyyətində öz əksini tapıb. Yarandığı qısa müddət ərzində həyata keçirdiyi səmərəli fəaliyyət nəticəsində 500 mindən artıq vətəndaşımıza xidmət göstərən "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti nəinki regionumuzda, hətta inkişaf etmiş Avropa ölkələrində belə maraqla izlənilir, onun bu sahədəki nailiyyətləri ilə yaxından tanış olurlar. Hesab edirik ki, müvafiq agentliyin fəaliyyətinin genişləndirilməsi şəffaflığın art1ırılması istiqamətində atılmış növbəti uğurlu addımdır.
-İctimai iştirakçılıq haqda qanunun qəbulunu aşkarlığın və şəffaflığın təmin olunması istiqamətində necə dəyərləndirirsiz?
-Əvvəla qanun layihəsi ilə tanışlıq zamanı onun yüksək standartlara cavab verən hüquqi əsaslarla hazırlanan bir layihə olduğunu gördük. Digər tərəfdən bunun vətəndaş cəmiyyəti institutlarının gələcək inkişafı və fəaliyyət perspektivləri üçün yeni imkanlar yaratdığını qeyd etmək istərdik. Şuranın təşəbbüsləri QHT qanunvericiliyini təkmilləşdirir. .Bizlər vətəndaş cəmiyyəti institutları nümayəndələri olaraq qanun layihəsini Milli Məclisə təqdim edən millət vəkili, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə öz dərin təşəkkürümüzu bildiririk və onun fəaliyyətini alqışlayırıq. Bildirmək istərdik ki, ictimai iştirakçılığın məqsədi vətəndaşların dövlət işlərinin idarə olunmasında bilavasitə iştiraka cəlb edilməsidir. Bu da öz növbəsində mərkəzi və yerli icra hakimiyyəti, həmçinin yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, onlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkil olunmasına yardım etməkdir. Qeyd olunan müvafiq icra orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması onların nəzdində yaradılacaq ictimai şuraların fəaliyyəti ilə öz əksini tapacaqdır. Yaradılacaq ictimai şuralar bilavasitə cəmiyyətimizdə şəffaflığın və aşkarlığın artırılması deməkdir. Korrupsiyaya və rüşvətxorluq kimi pis əməllərin qarşısının alınmasına, bu cür əməlləri yaradan neqativ hallara qarşı mübarizədə məhz dövlət və vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakı vacıbdır. Son illər bu cür pozitiv addımlar istənilən müsbət nəticələrin əldə olunmasına ümid yaradır.
Süleyman İsmayılbəyli